Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub

  • Space TV
  • 29 Sentyabr 2020 18:13

“Gürcüstan ərazisindən istənilən ölkə tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəyə qadağa qoyulub”.  

Spacetv.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.

Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur: “Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik, prosesi müşahidə edirik və bütün ssenarilərə hazırıq”.

Paylaş

 Xəbəriniz olsun