Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

  • Space TV
  • 4 Sentyabr 2020 10:19

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi başlanılıb.

Spacetv.az xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.  

Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.

Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəyə təxliyəsi təmin edilib.

Paylaş

 Xəbəriniz olsun