Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq

  • Space TV
  • 12 Yanvar 2021 12:33

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının vətənə təxliyəsi həyata keçiriləcək.

Spacetv.az xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcək və nəticələr yanvarın 14-də açıqlanacaq.

COVID-19 virusu aşkarlanmayan şəxslərə Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar vətənə dönə biləcəklər.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə iki minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

Paylaş

 Xəbəriniz olsun