Gürcüstanda üç soydaşımız ölkə parlamentinə seçildi

  • Space TV
  • 2 Noyabr 2020 15:34

Gürcüstanda üç soydaşımız parlament seçkilərində mandat qazanıb.

Zaur Darğalı – iqtidardakı “Gürcü arzusu” partiyasından, majoritar qaydada seçilib. O, 2017-2019-cu illərdə Kvemo Kartli bölgə qubernatorunun müavini olub. 2019-cu ilin 19 mayında keçirilən seçkilərdə 78,6 faiz səs toplayaraq, Marneulinin icra başçısı seçilib.

Savalan Mirzəyev – eyni partiyaya proporsional qaydada (partiya siyahısı ilə) seçilib. O, Gürcüstan dövlət və ictimai-siyasi xadimi, 2013-cü ildə Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri, 2009-2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə nazir müşaviri olub.

Abdulla İsmayılov – “Vahid Milli Hərəkat” partiyasından seçilib.

Paylaş

 Xəbəriniz olsun