Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb

  • Space TV
  • 17 Noyabr 2020 11:13

Gürcüstanda son sutkada daha 3 117 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 638 nəfər sağalaraq evə buraxılıb, 45 pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 85 952-yə çatıb. Onların 68 929-u sağalıb, 778-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 797, stasionar nəzarətdə 5 662 nəfər saxlanılır. 3 351 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Paylaş

 Xəbəriniz olsun