Gürcüstanda son sutkada 1 759 nəfər koronavirusa yoluxub

  • SpaceTV
  • 23 Oktyabr 2020 11:26

Gürcüstanda son sutkada daha 1 759 nəfərdə koronavirus aşkarlanıb, 350 nəfər sağalıb, pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 24 562 nəfərə çatıb. Sağalanların sayı 9 751, vəfat edənlərin sayı isə 183 olub.

Hazırda karantində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 848 nəfər xüsusi otellərdə müalicə alır.

Paylaş

 Xəbəriniz olsun