Gürcüstanda Prezidentin oğlu bıçaqlandı

  • Space TV
  • 20 Dekabr 2019 11:10

Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya dekabrın 19-da axşam saatlarında Tbilisinin Vera rayonunda bıçaqlanıb.

SPACE TV yerli mediaya istinadən xəbər verir ki, sinəsindən ciddi bıçaq yarası alan Tsotne Qamsaxurduya ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yaralının qardaşı Konstantin Qamsaxurduya bildirib ki, Tsotne hazırda əməliyyat olunub və reanimasiya şöbəsindədir.

Mətbuatın yazdığına görə, T.Qamsaxurdiyanı keçmiş qonşusu David Bacelidze bıçaqlayıb.

Paylaş

 Xəbəriniz olsun