Gürcüstanda parlament seçkilərinin tarixi rəsmən elan olundu

  • Space TV
  • 31 Avqust 2020 16:00

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Spacetv.az xəbər verir ki, seçkilər ölkə konstitusiyasına uyğun olaraq, oktyabrın 31-nə təyin edilib.

Dövlət başçısı ictimaiyyətə müraciət edərək seçkiöncəsi təşviqat kampaniyasının dinc mühitdə keçirilməsinə çağırıb: “Seçkilərə hazırlıq sakit şəraitdə keçməlidir. Bu seçkilərin bizim üçün böyük əhəmiyyəti var. Biz ölkəmizin demokratikliyini sübut edəcəyik”.

Qeyd edək ki, qonşu ölkədə parlamentə builki seçkilər yeni sistem üzrə keçiriləcək. Seçicilər 30 deputatı majoritar, 120-ni isə proporsional sistem üzrə seçəcəklər. 

Paylaş

 Xəbəriniz olsun