Gürcüstanda nazir müavini koronavirusa yoluxdu

  • Space TV
  • 11 Mart 2020 15:13


Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

SPACE TV xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazir müavini hazırda həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Paylaş

 Xəbəriniz olsun