Gürcüstanda matəm günü elan olundu

  • Space TV
  • 24 Avqust 2020 11:16

Gürcüstanın Duşeti bələdiyyəsində 17 nəfərin ölümü ilə nəticələnən faciəvi yol qəzası ilə bağlı avqustun 25-i ölkədə matəm günü elan olunub.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək və qəzada dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Paylaş

 Xəbəriniz olsun