Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu

  • Space TV
  • 29 Fevral 2020 14:57

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması üçün məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

SPACE TV xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.

Paylaş

 Xəbəriniz olsun