Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

  • Space TV
  • 10 Sentyabr 2020 10:14

Gürcüstanda son sutkada daha 57 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 830 nəfərə, sağalanların sayı isə 1 334-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19, aktiv koronavirus xəstələrinin sayı isə 451 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 

Paylaş

 Xəbəriniz olsun