Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 600-ü ötdü

  • Space TV
  • 14 Oktyabr 2020 11:10

Gürcüstanda son sutka ərzində daha 680 nəfərə koronavirus diaqnozu qoyulub, 292 nəfər müalicə olunaraq sağalıb, pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 13 521-ə, sağalanların sayı 7 159-a, vəfat edənlərin sayı isə 109-a çatıb.

Hazırda karantin zonalarında 5 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xüsusi otellərdə müalicə olunan asimptomatik xəstələrin sayı isə 1 393 təşkil edir.

Paylaş

 Xəbəriniz olsun