Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1 600-a yaxınlaşıb

  • SpaceTV
  • 22 Oktyabr 2020 11:06

Gürcüstanda son sutkada koronavirusa 1 595 yeni yoluxma halı qeydə alınıb, 398 nəfər sağalıb, pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 22 803-ə çatıb. Sağalanların sayı 9 401, vəfat edənlərin sayı isə 178 olub.

Karantin rejimində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. 1 848 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.

Paylaş

 Xəbəriniz olsun