Gürcüstanda koronavirusa 3 443 yeni yoluxma təsdiqlənib

  • Space TV
  • 18 Noyabr 2020 11:10

Gürcüstanda son sutkada koronavirusa 3 443 yeni yoluxma halı qeydə alınıb, 2 539 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 89 395-ə çatıb. Yoluxanların 71 468-i sağalıb, 815-i isə ölüb.

Hazırda karantin zonalarında 2 370, stasionar nəzarətdə 5 763 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 435 nəfər isə xüsusi otellərdə müalicə alır.

Paylaş

 Xəbəriniz olsun