Gürcüstanda ictimai nəqliyyatın hərəkəti dayandırılır

  • SpaceTV
  • 26 Noyabr 2020 15:07

Noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

Hökumət başçısının sözlərinə görə, taksilərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə sərt karantin rejimi gələn ilin yanvarın 31-dək qüvvədə qalacaq.

Paylaş

 Xəbəriniz olsun