Gürcüstanda hakim partiyanın sədri siyasətdən uzaqlaşdı

  • Space TV
  • 11 Yanvar 2021 11:56

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu və sədri milyarder Bidzina İvanişvili siyasətdən birdəfəlik ayrıldığını açıqlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Partiyanı həmişəlik tərk etmək və onu idarə etməkdən tamamilə uzaqlaşmaq qərarı verdim. Partiyadan həm sədr, həm də üzv kimi ayrılıram və 2011-ci ilə qədər olduğu kimi adi həyata qayıdıram”, – deyə İvanişvili bildirib.

Paylaş

 Xəbəriniz olsun