Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

  • SpaceTV
  • 7 Avqust 2019 17:33

Gürcüstan milli valyutasının dollara qarşı ucuzlaşması son günlər yenidən bərpa olunub.

SPACE.TV-Gürcüstan Milli Bankının avqustun 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9338 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0017 lari artıb.

Avronun qiymətində isə nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, sabah 1 avronun dəyəri 0,0034 lari azalaraq 3,2806 lariyə bərabər olacaq.

Paylaş

 Xəbəriniz olsun