Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 pasiyent ölüb

  • Space TV
  • 9 Oktyabr 2020 11:03

Gürcüstanda son sutkada daha 527 nəfərə koronavirus diaqnozu qoyulub, 313 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 10 752 nəfərə çatıb. Sağalanların sayı 5 866, ölənlərin sayı isə 72 olub.

Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. 1 338 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.

Paylaş

 Xəbəriniz olsun