Gürcüstanda daha 508 nəfərdə koronavirus aşkarlanıb

  • Space TV
  • 7 Oktyabr 2020 10:53

Gürcüstanda son sutkada daha 508 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.  

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 9 753 nəfərə çatıb. Onların 4 887-si sağalıb, 58-i isə vəfat edib. 

Karantin zonalarında 5 655, stasionar nəzarətdə 836 nəfər saxlanılır. 1 230 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.

Paylaş

 Xəbəriniz olsun