Gürcüstanda COVID-19-a yoluxma hallarının sayı kəskin artıb

  • Space TV
  • 23 İyul 2020 15:44

Gürcüstanda koronavirusa yoluxmada kəskin artım müşahidə olunub. Xəstələnənlərin ümumi sayı 1 085 nəfərə çatıb.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Kəskin artım Qardaban bələdiyyəsinin kəndlərində qeydə alınıb.

Qurumun məlumatına görə, hazırda 5 724 nəfər karantin rejimindədir, 247 nəfər stasionarda həkim nəzarətindədir.

Paylaş

 Xəbəriniz olsun