Gürcüstanda azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

  • Space TV
  • 4 Noyabr 2020 11:29

Gürcüstanın Marneuli rayonunun Axlılələ kəndində ötən gecə qətl hadisəsi törədilib.

Spacetv.az xəbər verir ki, 22 yaşlı oğlan və onun anası odlu silahla öldürülüb.

Qətlin motivi hələ bəlli deyil.

Yayılan məlumatlara əsasən, qətli törədən şəxs ailənin qohumudur. Hadisənin qisas zəminində baş verdiyi bildirilir.

Faktla bağlı istintaq aparılır.

Paylaş

 Xəbəriniz olsun