Gürcüstanda arvadı COVID-19-a yoluxan nazir müavini özünü təcrid etdi

  • Space TV
  • 12 Mart 2020 14:27

Gürcüstan Səhiyyə nazirinin müavini həyat yoldaşı koronavirusa yoluxduqdan sonra özünü təcrid edib.

Bu barədə “RİA Novosti” Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradzenin açıqlamasına istinadən xəbər verib.

Gürcü məmurlardan İqtisadiyyat nazirinin müavini Gennadi Arveladze və Aqrar Məsələlər Komitəsinin sədri Otar Daneliya da karantindədirlər.

Qeyd edək ki, Gürcüstanda 24 nəfərdə koronavirus aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun