Gürcüstanda aparıcı müxalifət partiyasının lideri həbs edildi

  • SpaceTV
  • 23 Fevral 2021 11:22

Gürcüstanın əsas müxalif partiyası hesab edilən “Vahid Milli Hərəkat Partiyası”nın sədri Nika Melia həbs edilib.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Müxalif lideri Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıblar. Həbs zamanı partiya tərəfdarları polis əməkdaşlarına müqavimət göstərməyə çalışıblar. Polisin əməliyyat zamanı bibər qazından istifadə etdiyi bildirilir.

Qeyd edək ki, “Vahid Milli Hərəkat Partiyası” 2001-ci ildə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili tərəfindən təsis olunub.

Paylaş

 Xəbəriniz olsun