Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb

  • SpaceTV
  • 2 Sentyabr 2019 11:23

Ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib.

Space TV nin məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17%artıb.

İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.

Paylaş

 Xəbəriniz olsun