Gürcüstana qanunsuz qızıl keçirmək istəyən azərbaycanlı saxlanıldı

  • Space TV
  • 18 Dekabr 2019 10:51

Azərbaycan vətəndaşı Gürcüstana qanunsuz qızıl əşya keçirmək istəyərkən saxlanılıb.

Apsnu.ge-nin xəbərinə görə, Azərbaycan vətəndaşı “Qırmızı Körpü” sərhəd-gömrük məntəqəsindən 326 qram qanunsuz qızıl keçirmək istəyib.

Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin əməkdaşları baxış zamanı onun baqajında 38,5 min lari (təx.22,700 AZN)məbləğində qızıl aşkar ediblər.

Bu faktla bağlı araşdırmanı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti davam etdirəcək.

Paylaş

 Xəbəriniz olsun