Gürcüstan səfiri Azərbaycana təşəkkür etdi

  • SpaceTV
  • 1 Dekabr 2020 11:05

Azərbaycan Gürcüstana pulsuz 100 ton maye tibbi oksigen təqdim edib.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataridze danışıb.

O, “Facebook” hesabından Azərbaycana təşəkkür edib və hər iki ölkənin daim birgə əməkdaşlıq münasibətində olduğunu vurğulayıb.

Qeyd edək ki, koronavirusun ikinci dalğasını yaşadığı deyilən Gürcüstanda sutkada təxminən dörd min yeni yoluxma hadisəsi qeydə alınır.

28 noyabrdan etibarən Gürcüstanda bir sıra məhdudiyyətlər tətbiq edilib – böyük şəhərlərdə ictimai nəqliyyat dayandırılıb, ticarət mərkəzləri, geyim bazarları, idman salonları və məktəblər bağlanıb.

Paylaş

 Xəbəriniz olsun