Gürcüstan Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb

  • Space TV
  • 11 Noyabr 2020 16:10

Gürcüstan Azərbaycan və Ermənistanın xahişi əsasında Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb.

Spacetv.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “Qafqazın səsi” (“Эхо Кавказа”) radiosuna bildirib.

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinin bir hissəsi istisna hal olaraq öncədən razılaşdırılmış və məhdud müddətdə qarşıdurma zonasına Gürcüstanın hava məkanı vasitəsilə çatdırlılacaq: “Bu barədə tərəfdaşlarımız məlumatlandırılıb”.

Paylaş

 Xəbəriniz olsun