Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır” – FOTO

  • Space TV
  • 10 Noyabr 2020 16:14

Gürcüstan Prezidenti Salome Zurabişvili Dağlıq Qarabağda müharibənin bitməsi xəbərinə münasibət bildirib.

Spacetv.az xəbər verir ki, o, “Twitter” hesabında Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın yeni dövrünün başlanacağını yazıb:

“Qafqazda yeni era başlayır. Faciəli müharibənin bitməsi münasibətilə dostlarımızı, Ermənistanı və Azərbaycanı təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Sülh və sabitliyin alternativi yoxdur! Birlikdə Gürcüstan, Ermənistan və Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsinə başlayırıq”.

Paylaş

 Xəbəriniz olsun