Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

  • SpaceTV
  • 20 Sentyabr 2019 16:09

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

İstintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır.

Bənd üzrə cərimə və ya üç ilə qədər vəzifə tutmaq və ya fəaliyyətlə məğul olmaq hüququndan məhrum olunmaqla üç ilə qədər həbs cəzası nəzərdə tutulub.

Baş Prokurorluqdan bildirilib ki, istintaqın gedişatı və nəticələri haqqında mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun