Gürcüstan prezidenti dəstək istəyir…

  • Space TV
  • 26 Dekabr 2019 13:36

Salome Zurabişvili təklif edib ki, Donbass probleminin həlli ilə məşğul olan “Normand formatı” Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun”.

SPACE TV  xəbər verir ki bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib. O, iki ölkə arasındakı müzakirələrin nəticəsiz olduğunu da vurğulayıb:

“Gürcüstan prezidenti Salome Zurabişvili təklif edib ki, Donbass probleminin həlli ilə məşğul olan “Normand formatı” (Ukrayna, Rusiya, Fransa və Almaniya) Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun. 2008-ci il müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində Cenevrə şəhərində aparılır. Diplomatlar ara-sıra görüşür, mübahisələri həll etməyə çalışırlar. Ancaq müzakirələr nəticə vermir. Salome Zurabişvili Gürcüstanın Rusiya ilə üz-üzə heç bir məsələni həll edə bilməyəcəyi qənaətindədir. Ona görə də Gürcüstan prezidenti hesab edir ki, prosesdə Almaniya və Fransa iştirak etsə danışıqlar ölü nöqtədən tərpənə bilər”.

E.Şahinoğlu Salomze Zurabişvilinin danışıqlarda Fransa və Almaniya iştirak etsə, Rusiyanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə baxışının dəyişə biləcəyi ehtimalının olmasının yalnış hesab edir:

“Birincisi, “Normand formatı” heç Donbass problemini həll edə bilmir. Yəni Fransa və Almaniya Donbass probleminin həllini sürətləndirə bilmirlər. Problemi həll edə bilməyən Fransa və Almaniya üçün Donbasda atəşkəsin qorunması kifayət edir.İkincisi, nə Fransa, nə də Almaniya hər hansı problemin həlli məqsədilə Rusiyaya təzyiq etmirlər və belə bir düşüncələri yoxdur, tam əksinə Paris və Berlin hətta mövcud şərtlər daxilində Moskva ilə əlaqələrin inkişafına çalışırlar. Belə olan halda Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı hətta geniş format yaransa belə bu Gürcüstanın problemlərini həll etməyəcək”.

Paylaş

 Xəbəriniz olsun