Gürcüstan prezidenti azərbaycanlı və erməni həmkarı ilə danışıqlar aparacaq

  • Space TV
  • 5 Oktyabr 2020 11:54

Gürcüstan prezidenti Salome Zurabişvili yaxın günlərdə azərbaycanlı və erməni həmkarları ilə telefon danışı aparmağı planlaşdırır.

Spacetv.az xəbər verir ki, bunu o, “Rustavi 2” telekanalına müsahibəsində deyib.

“Prezidentlərlə danışıqlar aparmaq vaxtı yetişib. Danışıqlar bu həftəyə planlaşdırılıb. Gürcüstanın hər iki qonşu ölkəyə münasibətbə neytrallığını saxlamağı vacibdir. Ölkələrimizin iqtisadiyyatı və inkişafı bölgədə sabitlikdən asılıdır”, S.Zurabişvili vurğulayıb. 

Paylaş

 Xəbəriniz olsun