Gürcüstan müxalifəti etiraz aksiyalarını dayandırdı

  • Space TV
  • 3 Mart 2021 16:05

Gürcüstanın müxalifət partiyaları etiraz aksiyalarını müvəqqəti dayandırıblar.

Spacetv.az xəbər verir ki, buna səbəb müxalifət və iqtidar arasında aparılan danışıqlardır.

Müxalifət təmsilçiləri bildiriblər ki, hakimiyyətə dialoqu dayandırmaq üçün əlavə səbəb vermək istəmirlər.

Qeyd edək ki, müxalifət liderləri və tərəfdarları martın 5-nə hökumət binası önündə piket, martın 13-nə isə genişmiqyaslı nümayiş təyin etmişdilər.

Paylaş

 Xəbəriniz olsun