Gürcüstan bütün istiqamətlərə aviauçuşları bərpa edir

  • Space TV
  • 22 Yanvar 2021 14:14

Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviauçuşlar bərpa olunacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: “Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.

Paylaş

 Xəbəriniz olsun