Gürcüstan Azərbaycandan mal idxalını 14% azaldıb

  • Space TV
  • 19 Oktyabr 2020 11:16

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 342,1 mln ABŞ dolları olan məhsul tədarük edib.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 14,3% azalıb.

Hesabat dövründə Azərbaycan 6% payla Gürcüstanın Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.

Paylaş

 Xəbəriniz olsun