Gürcüstan-Azərbaycan sərhədi,“Qırmızı Körpü” buraxılış məntəqəsin bu gündən 10 gün müddətinə bağlanıb

  • Space TV
  • 16 Mart 2020 13:19

Gürcüstan-Azərbaycan sərhədi,“Qırmızı Körpü” buraxılış məntəqəsin bu gündən 10 gün müddətinə bağlanıb. Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.Müvafiq qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdanlar çox olub.  Tranzit Dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır. Lakin Azərbaycan ərazisinə keçən TIR-lar da 10 gün müddətində ölkə ərazisində saxlanılacaq. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuməntəqədə vəziyyəti nəzarətdə saxlayır. Mövcud vəziyyət martın 25-nə dək davam edəcək.

VASİF VAQİFOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun