Gürcülərin əksəriyyəti Azərbaycana önəm verir

  • SpaceTV
  • 19 Noyabr 2019 11:57

Gürcüstanda rəyi soruşulanların 63%-i ölkənin Azərbaycanla münasibətlərini yaxşı qiymətləndiriblər.

SPACE TV  xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.

Respondetlərin 20%-i Gürcüstan-Azərbaycan münasibətlərinin nə yaxşı, nə pis, 13%-i isə pis olduğunu qənaətindədir.

Sorğuda iştirak edənlərin yalnız 4%-i müvafiq suala cavab verməyib.

Rəyi soruşulanların 14%– Azərbaycanı ən vacib siyasi tərəfdaş, 22%-i ən vacib iqtisadi tərəfdaş adlandırıb. Onların 6%-i əsas siyasi təhlükənin, 8%-i isə əsas iqtisadi təhlükənin Azərbaycandan gəldiyini bildiriblər.

Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.

Paylaş

 Xəbəriniz olsun