Günortadan başlayaraq əsən güclü külək Ağcabədidə də fəsadlar törədib.

  • SpaceTV
  • 26 Fevral 2020 16:56

Təbii fəlakət məcburi köçkünlər yaşayan beşmərtəbəli yaşayış binasının dam örtüyünü uçuraraq yarasız hala salıb. Rayonda yerləşən 5 nömrəli tam orta məktəbin dam örtüyüynün isə yarı hissəsini qopararaq yaxınlıqdakı evlərin həyətinə salıb. Bununla yanaşı irigövdəli ağaclar yolun hərəkət istiqamətinə aşıb. Aidiyyəti qurumlar həmin ağacları kəsərək yoldan kənarlaşdırıblar. Yol kənarlarında və ara küçələrdə olan işıq dirəklərnin də bir hissəsi aşaraq yararsız hala düşüb. Rayon ərazisininin bir hissəsində elektrik enerjisiniin veilməsində fasilə yaranıb. Rayon icra hakimiyyətinin başçısı və digər qurumların nümayəndələri hadisə yerinə baxış keçiriblər. Rayon ərazisində güclü külək hələ də davam edir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun