Günay çinli dünya çempionu ilə bacarmadı

  • SpaceTV
  • 9 İyul 2020 10:38

Qadınlar arasında onlayn sürətli şahmat üzrə Qran-Prinin üçüncü mərhələsi start götürüb.

space tv  xəbər verir ki, Azərbaycan təmsilçisi Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla üz-üzə gəlib.

2,5:7,5 hesabı ilə uduzan şahmatçımız mübarizəni dayandırıb.

Bununla da, Günay Məmmədzadə dörd mərhələdən ibarət olan Qran-Pridə çıxışını yekunlaşdırıb. O, ilk iki mərhələdə də uduzaraq xalsız qalmışdı.

Paylaş

 Xəbəriniz olsun