Günahsız qadına üç milyon dollar kompensasiya ödəlinəcək

  • SpaceTV
  • 30 Avqust 2019 14:20

ABŞ-ın Nevada ştatında olan bir qadın heç bir günahı olmadan 35 il azadlıqdan məhrum edilib. O iki tələbəni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb və saxta ittihamlarla ömrünün 35 ilini həbsxanada keçirib. Günahsızlığı sübutu yetirilən qadına üç milyon dollar kompensasiya ödəniləcək.

1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlə yetirilməsində təqsirkar bilinərək 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət 1976-cı ildə törədilib. Nevada Ali Məhkəməsi tezliklə hökmü ləğv etsə də, 1984-cü ildə qadın yenidən mühakimə edilib və işi araşdıran yuxarı istansiyalar həbslə bağlı verilən hökmü qüvvədə saxlayıblar. 2015-ci ildə cinayət yerində tapılan siqaret kötüyü vəziyyəti tamam dəyişib. Siqaret kötüyünün DNT müayinəsi keçirilib və qadının Mişel Mitçelin qatili olmadığı müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Cari ilin avqust ayının 27-də amerikalı qadına üç milyon dollar məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. 

Paylaş

 Xəbəriniz olsun