Gömrükçülər külli miqdarda siqaretin dövriyyəsinin qarşısını alıb

  • Space TV
  • 27 Avqust 2020 11:20

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Bu barədə Spacetv.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Volvo” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3,4 min ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun