Gülçülüyə maraq artıb

  • SpaceTV
  • 2 Dekabr 2019 15:52

Gülçülük təsərrüfatı rayonun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə Veri-Əliabad kəndində qurulub. Təsərrüfatda 40-a yaxın istixana var. İstixanalarda tərəvəzlə yanaşı, tələbatı nəzərə alaraq bir neçə ildir gül də yetişdirilir. Təsərrüfat sahibi 3 ildir ki, istixanalarda min tonlarla məhsul istehsal edərək satışa çıxarır.

Lerikin torpaq-iqlim şəraiti gülçülüyün inkişafına imkan verir. Gül yetişdirmək xüsusi diqqət və qulluq tələb edir. Bununla isə yerli sakinlər məşğul olur və təsərrüfat həm də onların qazanc yeridir.

Qeyd edək ki,Gül yığımı avqust ayından başlayaraq dekabrn sonlarına kimi davam edəcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun