Gül içində gül

  • SpaceTV
  • 7 Oktyabr 2019 14:28

Qönçəsi gül açan qızılgülün içindən yeni gül çıxıb. Qeyri-adi hadisə Goranboyun Qızılhacılı qəsəbəsində baş verib.

Kənd sakini Sehran Qurbanov 3 il əvvəl Qubadan gətirdiyi gül ötən il çəhrayı, bu il isə qırmızı gül açsada həmin hissədən yeni zoğ qalxıb. Qəsəbə sakini həyətində baş verən hadisə haqqında qonşuları, qohumları məlumatlandırıb. Bəziləri ilk dəfə belə halla rastlaşdığını, bəziləri isə onun fotomontaj olduğunu bildiriblər.  Görənlər baş verən təbiət hadisəsinə inananmasada qəsəbə sakini kameralar önündə gülün həqiqətən qönçənin içindən çıxdığını sübut edib.

Təbiət vurğunu olan Sehran Qurbanov həyətini gülüstana çevirib. Onun bağında 30-dan artıq müxtəlif gül sortu var. Onlar arasında daha çox diqqət çəkən isə pomidor gülüdür.

Goranboyun Qızılhacılı qəsəbə sakini gələcəkdə yetişdirdikləri güllərin növünü artırmağı düşünür.

Emin Babayev SPACE TV Goranboy

Paylaş

 Xəbəriniz olsun