Gül dibçəklərində narkotik maddə

  • SpaceTV
  • 5 Sentyabr 2019 15:29

 Kürdəmirdə narkotik vasitə əkib-becərən şəxs tutulub. Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Yenikənd kəndində yaşayan Cəfərov Yahya Sədir oğlunun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub.

1963-cü il təvəllüdlü Kürdəmir rayonu Yenikənd kənd sakini Yahya Cəfərov əvvəllər də cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Dindirmə zamanı həyətində narkotik tərkibli kannabis bitkisi becərdiyini etiraf edib.

Yəhya Cəfərov saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri – Kürdəmir

Paylaş

 Xəbəriniz olsun