Güləşçilərimiz ordumuz üçün qan verəcək

  • SpaceTV
  • 28 Sentyabr 2020 16:22

Azərbaycan Güləş Federasiyası orduya dəstək məqsədi ilə qanvermə aksiyası keçirəcək. 

Qurumdan Spacetv.az-a bildirilib ki, federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlər üçün qan verəcək. 

Qanvermə aksiyası sabah saat 15:15-də Mərkəzi Hərbi Hospitalda başlayacaq. 

Paylaş

 Xəbəriniz olsun