“Gülə-gülə, sevgilim” – Məşhur aktyorla vida

  • SpaceTV
  • 3 Oktyabr 2019 15:51

Ağciyər xərçəngindən dünyasını dəyişən Türkiyənin məşhur aktyoru Tarık Ünlüoğlunun dəfn mərasimi baş tutub.  SPACE TV xəbər verir ki, ölümü ilə mədəniyyət aləmini yasa boğan aktyorun anım tədbiri “Mecidiyeköy Böyük Sahne- Artı Sahne”də reallaşıb.

Bundan sonra serial və kino ulduzunun nəşi Levent Məcsidinə aparılıb. Vida mərasiminə incəsənət dünyasının tanınmış simaları axın edib.

Mərhumun xanımı Gülenay Kalkan isə ayaqüstə durmaqda çətinlik çəkib. Ona aktyor-aparıcı Selçuk Yöntem dəstək olub.

Bundan əlavə, sosial şəbəkələrdə də G. Kalkanın Türkiyə KİV-lərində dərc edilən vida mesajı müzakirə olunub. Onun bu açıqlaması hər kəsi kövrəldib: “Tarıkım, can yoldaşım. Səninlə bir nağıl yaşadım. Dadı dilimdə qaldı. Gülə-gülə, sevgilim”. 

Paylaş

 Xəbəriniz olsun