Gücü ilə illərə meydan oxuyan adam – VİDEO

  • SpaceTV
  • 8 Sentyabr 2020 13:41

Azərbaycanlı pəhləvan Əliyar Musayev Ginnesin Rekordlar Kitabına düşməkdə israrlıdır. Space TV xəbər verir ki, pəhləvan 2 barmağı ilə 18 tona yaxın ağırlığı olan maşınları hərəkətə gətirməyə hazırlaşır.

Bu ağırlığı çəkən adamın 59 yaşı olduğunu bilənlər daha çox təəccüblənir. Ona tək bir söz demək olar: Gücü ilə yaşa meydan oxuyan adam. Əliyar Musayev çeçələ barmağı ilə  60 kiloqramı qaldırdığını deyir. O, sağlam və güclü olmağın sirrlərini tamaşaçılarla bölüşüb:

“Hər gün səhər tezdən acqarına məşq edirəm”.

Əliyar Musayevin növbəti hədəfi 140 tonluq qatarı barmaqları ilə hərəkətə gətirməkdir. El pəhləvanı gələcəkdə adını Ginnesin Rekordlar Kitabına yazdırmaq niyyətindədir.

Lalə Ülviqızı, Fariz Şixəlizadə, Space TV

Paylaş

 Xəbəriniz olsun