Güclü meşə yanğınları başlayıb

  • SpaceTV
  • 12 Avqust 2019 12:39

Yunanıstanın paytaxtı Afinada güclü meşə yanğınları başlayıb.

Space.TV məlumat verir ki, bu barədə Mülki Müdafiə Baş Katibliyi məlumat yayıb.

Meşə İmitos dağının ətəyində yerləşən Peaniya şəhəri yaxınlığında yanır.

Bildirilir ki, alov regionda müşahidə olunan 40 dərəcə isti və güclü külək səbəbindən yayılır ki, bu da Afinada “qırmızı” hava təhlükəsi rejiminin tətbiqinə səbəb olub.

Alovun güclü külək vasitəsi ilə yayılması nəticəsində artıq regionda 60-dan çox meşə yanğını ocağı yaranıb. Bu səbəbdən də yerli əhalinin təxliyyəsinə başlanılıb.

Hazırda yanğınların söndürülməsinə bütün fövqəladə xidmətlər və aviasiya qüvvələri cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun