Güclü külək xəsarətlə nəticələnib

  • SpaceTV
  • 4 Noyabr 2019 15:11

Rayonun Bürcəli kəndində 33 yaşlı Astara şəhər sakini Rüfət Cavadov köhnə Ələt-Astara magistral yolu ilə Lənkəran istiqamətində hərəkətdə olarkən yolun sol tərifəndəki palıd ağacı güclü küləyə tab gətirməyib və yola aşıb. Ağacın iri budağı “KIA” markalı avtomobilin üstünə düşüb və maşının içində olan 4 şəxsdən ikisi – sürücü və onun xanımı xəsarət alıb.

Daha ciddi xəsarət alan sürücü üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Zərərçəkən alın nahiyəsinin siyrilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun