Güclü külək Goranboyda fəsadlar törədib.

  • SpaceTV
  • 27 İyun 2020 14:37

Günün ikinci yarsından daha da şiddətlənən təbiət hadisəsi zamanı, Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli binananın üzərinə iri gövdəli agac düşüb. Hadisə zamanı xəsarət alan olmasada sakinlərədən birinə məxsus olan 2-ci mərtəbədəki mənzilin eyvanına ziyan dəyib. Bundan başqa elektrik, telefon xətləri sıradan çıxıb. Bina sakinləri hadisə baş verən ərazidə azyaşlıların daha çox hərəkət etməsini və bu səbəbdən təhlükənin qaçılmaz olduğu bildiriblər.

Gecə saatlarında dahada güclənən külək nəhəng qovaq ağacını aşırıb,elektrik təsərüfatına ziyan vurub.Rayonun Boluslu və bir neçə kəndinə enerji verlişində fasilələr yaranıb. Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndindən keçən hissəsinə düşən ağac hissələri adiyyatı qurumlar tərəfindən yoldan götürülüb. Avtomobillərin hərəkətində hər hansı çətinlik yaşanmayıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun